Hazırda insan alveri cinayət əməllərinə görə axtarışda olan təqsirləndirilən şəxslərin sayı 13 nəfərdir. Onlardan 1-i kişi, 12-si isə qadındır.
Bizim.Media “Unikal.az”a istinadən təqsirləndirilən şəxslərin siyahısını təqdim edir:
Musayev Əbdül Ruslam oğlu – 02.04.1997-ci ildə Qax rayonunda anadan olub. Qax rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə maddəsi ilə 2024-cü ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Hacıyeva Qızqayıt Rafiq qızı – 26.08.1984-cü ildə Abşeron rayonunda anadan olub. Abşeron rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2024-cü ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Şiriyeva Vüsalə Raqib qızı – 16.05.1981-ci ildə Astara rayonunda anadan olub. Astara rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2024-cü ildə axtarış elan edilib.
Məmmədova Gülnarə Vladimir qızı – 03.04.1979-cu ildə Lənkəran şəhərində anadan olub. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2022-ci ildə axtarış elan edilib.
Orucova Ruhəngiz Şükür qızı – 14.01.1987-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Qurbanzadə Şəkər Ağabala qızı – 07.02.1962-ci ildə Yevlax rayonunda anadan olub. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.
İsayeva Azadə Eynəli qızı – 14.05.1964-cü ildə Lənkəran rayonunda anadan olub. Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2020-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Məmmədova Şöhrət Savalan qızı – 19.01.1978-ci ildə Goranboy rayonunda anadan olub. Goranboy rayon sakinidir.Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və fahişəliyə cəlb etmə maddəsi ilə 2018-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Abdiyeva Hicranə Rəcəb qızı – 28.07.1969-cu ildə Quba şəhərində anadan olub. Quba şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və fahişəliyə cəlb etmə maddəsi ilə 2018-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Cəfərova Esmira Sabir qızı – 18.08.1972-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhər sakinidir.Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və fahişəliyə cəlb etmə maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Qədirli Zeynəb Böyükağa qızı – 15.12.1978-ci ildə Kürdəmir şəhərində anadan olub. Kürdəmir şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Quliyeva Validə Tahir qızı –01.11.1964-cü ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir.Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2012-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Məmmədova Gülxanım Xudam qızı –20.06.1964-cü ildə Cəlilabad rayonunda anadan olub. Cəlilabad rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:50 / 16.04.2026
İnsan alverinə görə axtarışda olanların SİYAHISI – FOTO
Hazırda oxunan: İnsan alverinə görə axtarışda olanların SİYAHISI – FOTO
Hazırda oxunan: İnsan alverinə görə axtarışda olanların SİYAHISI – FOTO
607461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































