Metroda yenə GECİKMƏ: Qatar səkkiz dəqiqə yubandı

Hazırda oxunan: Metroda yenə GECİKMƏ: Qatar səkkiz dəqiqə yubandı

607412

Bu gün səhər saatlarında metro qatarlarının gecikdiyi bildirilib.

Bizim.Media xəbər verir ki, Oxu.az-a daxil olan məlumatda deyilir ki, səhər saatlarında metronun "Azadlıq Prospekti" stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətində qatarlar arasındakı interval səkkiz dəqiqəni keçib.

"Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, metroda hər hansı bir problem yaşanmayıb.

"Sərnişin axınının tənzimlənməsi məqsədilə, həmçinin gün ərzində səhər saat 08:00-09:00 aralığında "Koroğlu", 13:00-14:00 aralığında "28 May", "Gənclik" və "Elmlər Akademiyası", 18:00-19:00 aralığında isə "Elmlər Akademiyası" və "28 May" stansiyalarına xəttə sərnişinsiz qatarlar verilir.

Bununla yanaşı, səhər 08:00-09:00 aralığında iki qatar "yaşıl xətt"in "Memar Əcəmi" stansiyasından geri qaytarılmaqla sərnişin axınının dinamik tənzimlənməsi təmin edilir.

Bu zaman "Memar Əcəmi"-"Dərnəgül" sahəsində qeyd edilən vaxt üçün "yaşıl xətt" üzrə elan edilmiş interval iki dəfə artıq olur", - deyə B.Məmmədov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin