Azərbaycanda vətəndaşlar bəzən didilmiş, kağız əskinaslarla və ya deformasiyaya uğramış xırda pullarla nə edəcəyini bilmirlər. Pulu əlində qalanlar onları dəyişdirmək üçün banklara üz tuturlar. Amma çoxu da bu xidmətin ödənişli olub-olmamasını bilmir.
Bəs zədələnmiş əskinasların bankda dəyişəndə komissiya haqqı tutulur?
Mütəxəssislər bildirir ki, komissiya haqqının tutulması pulların harada dəyişdiyinizdən asılıdır. Azərbaycan Mərkəzi Bankının qaydalarına görə, əgər əskinasın 60%-dən çoxu salamatdırsa, o tam nominal dəyərində dəyişdirilməlidir. Mərkəzi Bankın öz kassalarında dəyişdirməyə görə komissiya tutulmur.
İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı Bizim.Media-ya bildirib ki, köhnəlmiş və zədələnmiş əskinasların seriya nömrəsində xəta və problemlər olanda, yəni görünməz və ya oxunmaz olanda dəyişilməkdən imtina edilir.
Amma Mərkəzi Banka vətəndaş xüsusi müraciət etdikdə məsələyə baxıla bilər:
“Komissiya ilə bağlı heç bir qanunvericilik aktı yoxdur. Amma bankların daxili normativ aktları mövcuddur. Vətəndaş əgər bundan narazıdırsa, Mərkəzi Banka bununla bağlı müraciət edə bilər”.
Xırda pullarla bağlı (1-3 qəpik) problemlərə gəlincə isə ekspert bildirdi ki, bunlarla bağlı heç bir məhdudiyyət yoxdur:
“Heç kim, heç bir satış məntəqəsi xırda pulların dəyişdirilməsi ilə bağlı problem yarada və ya məhdudiyyət qoya, onları qəbul etməkdən, dəyişməkdən imtina edə bilməz. Xüsusən də alış-veriş zamanı heç bir səbəb göstərmədən qəbul etməmə kimi haqları yoxdur”, - deyə o diqqətə çatdırdı.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 16.04.2026
Korlanmış pulları əlində qalmış VƏTƏNDAŞLAR – Mütləq bu ünvana müraciət edin!
Hazırda oxunan: Korlanmış pulları əlində qalmış VƏTƏNDAŞLAR – Mütləq bu ünvana müraciət edin!
Hazırda oxunan: Korlanmış pulları əlində qalmış VƏTƏNDAŞLAR – Mütləq bu ünvana müraciət edin!
607307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































