Bu ərazidəki evlər SÖKÜLƏCƏK – Yeni yol qovşağı salınır - VİDEO

Hazırda oxunan: Bu ərazidəki evlər SÖKÜLƏCƏK – Yeni yol qovşağı salınır - VİDEO

607167

Bakının Xətai rayonu, Zığ şossesi -14 və Ramiz Quliyev küçəsinin kəsişməsində söküntü işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, görüləcək işlər Bakının baş planına əsasən həyata keçiriləcək.

Sözügedən ünvanda köhnə fərdi evlər, qəzalı binalar və iaşə obyektləri söküləcək. Söküntü ərazisində Bakının ən məhşur iaşə obyektlərindən biri olan “Nargilə” kafesi də var.

Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazidə yeni yol qovşağı salınacaq və bundan sonra layihəyə uyğun genişmiqyaslı abadlıq işləri görüləcək. Artıq sakinlər də söküntü və görüləcək işlər barədə məlumatlandırılıblar.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda əraziyə uyğun layihələndirmə işləri aparılır.

Ətraflı “Xəzər TV”nin videosüjetində:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin