2026-cı ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 18 dəfə daş atılıb.
ADY-dən Bizim.Media-ya verilən məlumata görə, nəticədə sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür; qatara ciddi zərər dəyir; maşinist qatarı təcili saxlamalı olur, nəticədə hərəkət cədvəlində gecikmələr yaranır.
Məlumata görə, bu cür qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun olaraq cərimələnirlər.
"Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, valideynlərdən xahiş edirik ki, uşaqları ilə bu barədə müntəzəm maarifləndirici söhbətlər aparsınlar", - məlumatda qeyd olunur.
Xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:11 / 14.04.2026
Bu il sərnişin qatarlarına neçə dəfə daş atılıb? – RƏSMİ CAVAB
Hazırda oxunan: Bu il sərnişin qatarlarına neçə dəfə daş atılıb? – RƏSMİ CAVAB
Hazırda oxunan: Bu il sərnişin qatarlarına neçə dəfə daş atılıb? – RƏSMİ CAVAB
607047
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































