2020-ci il müharibəsindən sonra 422 azərbaycanlı mina qurbanı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda mina təhlükəsi hələ də insan həyatını almaqda davam edir:
“Aprelin 14-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Onun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Bu faciə minaların hələ də yaratdığı insan itkisini və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi riskləri bir daha xatırladır".
Qeyd edilib ki, minatəmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac var.

Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:08 / 14.04.2026
Postmüharibə dövründə mina qurbanlarının sayı AÇIQLANDI – FOTO
Hazırda oxunan: Postmüharibə dövründə mina qurbanlarının sayı AÇIQLANDI – FOTO
Hazırda oxunan: Postmüharibə dövründə mina qurbanlarının sayı AÇIQLANDI – FOTO
607033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































