Bu ilin ilk 3 ayında 4 subay şəxs övladlıq götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərin hər biri qadındır.
Qeyd edək ki, 2019-cu ildən indiyədək ümumilikdə 859 uşaq övladlığa verilib. Bu ilin ilk 3 ayı ərzində 40 uşaq övladlığa verilib.
Onlardan 19-u qız, 21-i oğlandır. Yaş bölgüsünə görə, övladlığa verilən uşaqlardan 28-i 0-6 yaş, 8-i 7-11 yaş, 4-ü isə 12-18 yaş aralığındadır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:58 / 14.04.2026
İlin ilk rübündə övladlıq götürən subay qadınların SAYI
Hazırda oxunan: İlin ilk rübündə övladlıq götürən subay qadınların SAYI
Hazırda oxunan: İlin ilk rübündə övladlıq götürən subay qadınların SAYI
606971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































