Culfada şəhid ailələrinə ordenlər təqdim olunub

Hazırda oxunan: Culfada şəhid ailələrinə ordenlər təqdim olunub

604256

Culfa rayonunda şəhid ailələrinə ordenlər təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Culfa rayonunun şəhidləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Göydağlı Ramazan Əbülfət oğlu və Seyidov Miryasin Mirqafar oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev şəhidlərin doğulduğu Əbrəqunus və Kırna kəndlərində şəhid ailələrinə baş çəkib, şəhidlərin ordenlərini ailə üzvlərinə təqdim edib.

Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin