Sürücülərə XƏBƏRDARLIQ: “Avtomobilinizi qış şinləri ilə təchiz edin!”

Hazırda oxunan: Sürücülərə XƏBƏRDARLIQ: “Avtomobilinizi qış şinləri ilə təchiz edin!”

594361

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən son dərəcə diqqətli olmaları xahiş olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
 

Bildirilib ki, idarə etdikləri nəqliyyat vasitələrinin qış fəslinə uyğun texniki cəhətdən saz vəziyyətdə olmasına, ən azı qış şinləri ilə təchiz edilməsinə xüsusi diqqət yetirilməlidir.


Məlumata görə, əks təqdirdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarana, bu isə digər hərəkət iştirakçılarına maneələr törədə, yollarda sıxlıq və ləngimələrə səbəb ola bilər.

Eyni zamanda, bu cür hallar Agentliyin qar təmizləyən və yol istismarına cəlb olunan xüsusi texnikasının zəruri ərazilərə vaxtında çatmasına da əngəl yarada bilər. Bu üzdən sürücülərə hava şəraitini nəzərə almağı və səfərə hazırlıqlı çıxmağı tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin