DYP-dən hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Hazırda oxunan: DYP-dən hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

594351

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına çağırış edib.

Bu barədə Bizim.Media-ya idarədən məlumat verilib.

Qeyd olunub ki, hazırda əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkənin bir sıra şəhər və rayonlarında yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur.

Vurğulanıb ki, mövcud hava şəraiti ilə əlaqədar yol örtüyündə sürüşmə ehtimalı artır: "Ayrı-ayrı ərazilərdə, xüsusən də qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.
 

Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorusunlar, müəyyən edilmiş sürət həddinə ciddi riayət etsinlər, qəfil manevrlərdən çəkinərək yol hərəkəti qaydalarına tam əməl etsinlər.


Bir daha bütün yol hərəkəti iştirakçılarını diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırırıq. Unutmayaq ki, yol hərəkəti qaydalarına riayət və diqqətli davranış mümkün risklərin qarşısını almağın əsas şərtidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin