“Goranboy - Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib - FOTO

Hazırda oxunan: “Goranboy - Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib - FOTO

594337

Goranboy şəhərində 2026-cı il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra Dövlət Himni səsləndirilib.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, 2025-ci ilin “Gənclər Paytaxtı” olmuş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və Milli Məclisin deputatı Müşfiq Cəfərov tədbirdə çıxış ediblər.
 

Nazir Fərid Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Sumqayıt şəhərindən təhvil alaraq Goranboy şəhərinə təqdim etdi. Həmçinin Sumqayıt şəhərinə təşəkkürnaməsi təqdim olunub.
Sonra istedadlı və yaradıcı gənclər mükafatlandırılıb.


Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunduqdan sonra “Gənclər Paytaxtı” Goranboyun loqosu və maskotu ictimaiyyətə təqdim edilib.




































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin