Şəhidin adına “həsr edilən” şadlıq sarayı? - Foto

Hazırda oxunan: Şəhidin adına “həsr edilən” şadlıq sarayı? - Foto

59387
“Kristal şadlıq sarayı heç bir şəhidin xatirəsinə həsr edilməyib. Sosial şəbəkədə yayılan məlumat yalandır. Foto həqiqət deyil, fotomantajdır”.
 
Bu sözləri Axar.az-a “Kristal” şadlıq sarayının administratoru Amil Abdullayev sosial şəbəkədə yayılan  sözügedən restoranın İlqar Abbasov  adlı şəhidin xatirəsinə həsr edildiyini göstərən foto ilə bağlı danışarkən dedi. Onun sözlərinə görə, restoranın divarının üzərində onun yerləşdiyi küçənin adı qeyd edilib:
“Bundan başqa heç bir başqa məlumat yoxdur restoranın divarında. Şadlıq sarayı heç bir şəhidin adına həsr edilməyib. Yalan məlumatdır. Ayıbdır belə bir şey. Feysbukda paylaşılan fotodan isə məlumatımız yox idi, siz dedikdən sonra baxdıq. Foto həqiqi deyil, montajdır. Kimin hazırladığını isə bilmirik”.
 
Qeyd edək ki, Feysbukda “Sancaq” səhifəsi bir foto paylaşıb. Fotoda “Kristal” şadlıq sarayının İlqar Abbasov adlı bir şəhidin xatirəsinə həsr edildiyi qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin