Türkiyədə çağırışa gedən polis güllələndi

Hazırda oxunan: Türkiyədə çağırışa gedən polis güllələndi

624684

Türkiyənin Eskişehir vilayətinin Mihalıççık rayonunda polis baş çavuşu vəzifəsini yerinə yetirərkən silahlı hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, rayonun Narlı məhəlləsində ailə münaqişəsinin baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Polis baş çavuşu Mehmet Demirbaş bir qrup briqada ilə əraziyə cəlb olunub. O, ov tüfəngi ilə ailəsini hədələyən şəxsə yaxınlaşmaq istəyərkən həmin şəxs tərəfindən vurulub. O xəstəxanaya çatdırılsa da, orada ölüb.

Məhəllənin muxtarı Mutlu Şahini və bir polis əməkdaşını da yaralayan silahlı şəxs digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin