Keçmiş arvadını və onları ayırmaq istəyən kişini bıçaqladı

Hazırda oxunan: Keçmiş arvadını və onları ayırmaq istəyən kişini bıçaqladı

580308
Gəncədə 54 yaşlı kişi keçmiş arvadını və onları ayırmaq istəyən şəxsi bıçaqlayıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə 1967-ci il təvəllüdlü Rəsmiyyə Bəndəliyevanın və 1962-ci il təvəllüdlü Məhəmməd Musyaevin bıçaqlanaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
 
Cinayəti törətməkdə şübhəli bilinən R. Bəndəliyevanın keçmiş həyat yoldaşı,1966-cı il təvəllüdlü German Qocayev saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, G.Qocayev R.Bəndəliyeva ilə mübahisə zamanı ona bıçaqla xəsarət yetirib, daha sonra onları aralamaq istəyən M.Msuayevi yaralayıb. Şübhəli şəxs saxlanılaraq istintaqa təqdim edilib.
 
Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin