"Real Madrid" pula görə əfsanəsindən üz çevirir

Hazırda oxunan: "Real Madrid" pula görə əfsanəsindən üz çevirir

55917
"Real" əfsanəvi "Santyaqo Bernabeu" stadionunun adını dəyişdirməyə hazırlaşır.

Klubun titullu sponsoru "Emitares" şirkəti stadionun yeni adının "Bernabeu Fly Emitares" olması üçün 400-500 milyon avro təklif edib. Bununla bağlı tərəflər ilkin razılığa gəlib. Əldə edilən məbləğlə Madrid təmsilçisi borclarını ödəyəcək.

Xatırladaq ki, "Santyaqo Bernabeu" 1947-ci ildə tikilib. 1982 və 2001 ildə stadionda yenidən qurma işləri aparılıb. "Santyaqo Bernabeu" 80 mindən çox azərkeş tutumuna malikdir. Stadionun adı "Real"ın oyunçusu, məşqçisi və prezidenti olmuş - madridlilərin əfsanəsi Santyaqo Bernabeunun şərəfinə adlandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin