Nizami rayonunda növbəti iftar süfrəsi təşkil olunub

Hazırda oxunan: Nizami rayonunda növbəti iftar süfrəsi təşkil olunub

50457

Moderator.az xəbər verir ki, Nizami rayonunda Müqəddəs Ramazan ayı münasibətilə növbəti iftar süfrəsi açılıb.

Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Ramazan ayı insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşılayır. Bu səbəbdən də, ayın mənəvi zənginlikləri Azərbaycan xalqı tərəfindən əziz tutulur.

Sədaqət Vəliyeva bildirib ki, Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır.

Sonra 250 nəfərədək insanın iştirak etdiyi mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib, süfrə açılıb.

Mərasimdən sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçiciləri ilə görüşüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin