Gəncədə beynəlxalq layihə həyata keçirilir

Hazırda oxunan: Gəncədə beynəlxalq layihə həyata keçirilir

46243

Moderator.az xəbər verir ki, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi (bundan sonra Birlik) Azərbaycanda fəal gənclərin iştirakını təmin etməklə, sağlam vətəndaş cəmiyyətini təsis etmək və gənclərin beynəlxalq səviyyədə ölkəmizi təmsil etməsinə yardım və gənclərin məşğulluqu sahəsində bir sıra layihə və proqramlar həyata keçirib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramında da qeyd edildiyi kimi bu dövlət proqramının Azərbaycan Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsiplərinin aşılanmasına yönəldilib. Bu festivalın Azərbaycan xalqının tarixi-mədəni irsinin, milli-mənəvi və ümumbəşəri dəyərlərinin hörmət, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsində əvəzsiz rolu olacaqdır.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 12-20 May 2014 cü il tarixlərində Gəncə şəhərində Gəncə şəhər İcra Hakmiyyətinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə programının və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyilə “İctimai işlərdə aktivlik ”“ Vətəndaşlıq təhsili” adı altında təlim kursu keçirir.

“İctimai işlərdə aktivlik ”“ Vətəndaşlıq təhsili” təlimi Avropa Birliyi ölkələri, Şərqi Avropa və Qafqazın 34 gənc işçiləri üçün təşkil olunacaq. Bu görüş Azərbaycanın yerli gənclər sektorunda  tərəfdaşlıq və təşəbbüslər yaratmaq, beynəlxalq əməkdaşlığı gücləndirmək və gələcək təşəbbüsləri artırmaqdır. Beynəlxalq təlim kursunda qeyri-formal öyrənmə üsulundan istifadə olunaraq, tapşırıqlar, qrup işləri nəticəsində iştirakçılar vətəndaşlıq və iştirakçılıq, demokratik cəmiyyətlərin mexanizmi və Avropa vətəndaşlığı konsepti anlayışlarını öyrənəcəklər.

Təlimlə yanaşı iştirakçılar təlim müddətində Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan dövlətinin mədəniyyəti, adət və ənənəsi və qədim Gəncə şəhəri haqqında məlumatlandırılacaq və ölkəmiz ilə daha yaxından tanış olacaqlar. Dünyanın hər bir yanından gəlmiş gənclər Gəncənin qədim tarixi və mədəniyyəti barəsində öyrənəcəklər.

Təlim kursu Gəncə Avropa Gənclər Paytaxtı 2016 çərçivəsində Azərbaycan, Xorvatiya, Gürcüstan, Ukraniya, Latviya, Polşa, Çex Respublikası, Almaniya, İtaliya, Rumuniya və Türkiyə olmaqla ümumilikdə 34 nəfər gəncin iştirakı ilə keçirilir. Belə ki, 17 May 2014 cü il tarixində yerli və Avropa gənclərinin iştirakı ilə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təqdimatının keçirilməsidə nəzərdə tutulub. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin