Prezident qızları İsveçrənin ən varlı ailələri sırasında

Hazırda oxunan: Prezident qızları İsveçrənin ən varlı ailələri sırasında

37412

İsveçrənin keçmiş SSRİ-dən çıxmış və bu ölkədə yaşayan 12 insan bu ölkənin ən varlı insanları sıyahısına daxil edilib.

Moderator.az xəbər verir ki, İsveçrədə rusca yayımlanan “Naşa qazeta”nın verdiyi məlumata görə, bu siyahıya Özbəkistan prezidentinin kiçik qızı Lola Kerimova və Qazaxstan prezidentinin qızı Dinara Kulibayava da daxil edilib.

Ötən illərdə bu siyahıda yer alan Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimovanın adı isə siyahıdan çıxarılıb.

Belə bir siyahını illik olaraq “Bilan” iqtisadi jurnalı tərtib edir. Jurnalın məlumatına görə, Cenevrədə əslən Orta Asiyadan olan ən varlı qadın və 2010-cu ildən bu şəhərdə yaşayan Dinara Kulibayevadır. Onun varidatı 1-1,5 milyard frank həcmində qiymətləndirilir.

Özbəkistan prezidentinin kiçik qızı Lola Kərimova-Tillyayeva isə bu siyahıya ilkə dəfə olaraq düşür. Lola və onun əri Timurun birlikdə varidatı 100-200 milyon frank həcmində hesablanır. Cenevredə yaşayan Lola Kərimova eyni zamanda Özbəkistanın YUNESKO-dakı səfiridir. 

Əvvəllər isə bu siyahıda yer alan Özbəkistan prezidentinin qızı gülnarə Kərimovanın varidatı 900 milyon frank həcmində dəyərləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin