Ordumuz 5 istiqamətdən atəşə məruz qalıb

Hazırda oxunan: Ordumuz 5 istiqamətdən atəşə məruz qalıb

31584
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Aygedzor və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. 

Tərtər rayonunun Qızıl Oba, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin