Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Bakı şəhər İcra Hakimiyyətinə Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etmək və Bakı şəhərindəki küçələrdən birinə A.Məlikobun adının verilməsini təmin etmək tapşırılıb. Bununla yanaşı, Mədəniyyət Nazirliyinə Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərindən Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etmək və Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə A.Məlikovun adının verilməsini təmin etmək tapşırılıb.xa0
Sərəncama görə çox sevindiyini bildirən xalq artisti, bəstəkar Faiq Sücəddinov Moderator.az-a açıqlamasında bu cür şəxsiyyətlərimizin gələcək nəsillərə tanıdılmasının vacib olduğunu qeyd etdi:xa0
“Ölkə başçısının xalq artisti Arif Məlikovla bağlı imzaladığı sərəncam Azərbaycan mədəniyyəti üçün çox böyük bir diqqətdir. A.Məlikov çox böyük bəstəkar, ziyalı idi. Arif müəllimin Azərbaycan üçün böyük xidmətləri olub. O, SSRİ-nin və Azərbaycanın xalq artisti olub. Həmişə harda olubsa, Arif Məlikov öz borcunu layiqincə yerinə yetirib və sükanı saxlayırdı. Bilirsiniz ki, onun gözəl baletləri, simfoniyaları, kino və səhnə əsərləri, mahnıları var. Verilən sərəncamın Arif Məlikovun gələcək nəsilə tanıdılmasında böyük rolu olacaq. Düşünürəm ki, bu cür şəxsiyyətlərimizin heykəlinin ucaldılması onların yaddaşımızda əbədiləşməsinə kömək edəcək”.xa0
Vasif Əlihüseyn


































































































