Hal-hazırda Butajurnal.com saytı bu jurnalın elektron variantı kimi fəaliyyət göstərir.
Moderator.az xəbər verir ki, Buta jurnalı 2012-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb.
Bu sayt gündəlik xəbər saytı deyil. Reytinq xatirinə "rəngli" mətbuat kimi əsassız və bayağı məlumatlar paylaşmır. Faktlara əsaslanan tarixi və mədəni məlumatların paylaşılmasına üstünlük verir. Tarixi şəxsiyyətlər, mədəni irsimizə töhfə verən insanlar barəsində araşdırma yazıların müəllifləri Buta jurnalının saytı ilə əməkdaşlıq edə bilər.





































































































