Bunu Moderator.az-a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bu gün bölgələrimizdə kafe adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektlərin fəaliyyətinə münasibət bildirərkən deyib. N.Cəfəroğlu bildirib ki, bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanlarımız reydlər keçirməlidir:
“Kafe adı altında əxlaqsızlıq yuvalarının fəaliyyət göstərməsi haqqına məlumatlarımız var. Xaçmaz yolunda yerləşən kafelərdə bunun şahidi olmuşuq. Biz kafedə çarpayının olmasının da şahidi olduq. Bunlar özbaşına fəaliyyət göstərmirlər, onları himayə edən kimlərsə var. Ola bilməz ki, hansısa rayonda kafelər bu cür fəaliyyət göstərsin və orda müvafiq qurumlar bundan xəbərsiz olsunlar. Bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanlarımız ciddi məşğul olmalıdır. Biz bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etməliyik. Birbaşa nazirlik bunu nəzarətə götürməlidir, rayonlarda bu saat çox biabırçı vəziyyətdir. Bundan başqa ictimai qınaq da olmalıdır. İnsanlarımız da bu cür obyektlərin fəaliyyəti ilə bağlı müvafiq qurumlara məlumat verməlidir”.
Vasif Əlihüseyn































































































