Saytlara girişdə problem yarana bilər - Xəbərdarlıq

Hazırda oxunan: Saytlara girişdə problem yarana bilər - Xəbərdarlıq

239072
Oktyabrın 11-də dünyada internet istifadəçiləri şəbəkəyə giriş problemi ilə üzləşə bilərlər.
Bu haqda Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiya (ICANN) məlumat verib.

Həmin gün tarixdə ilk dəfə olaraq domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb. Yeniləmədən sonra 48 saat ərzində bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var. Sistem “server failure” və ya “SERVFAIL” səhvini göstərə bilər.

Qeyd edək ki, 2010-cu ildə yaradılan kriptoqrafiya açarları “DNSSEC” genişlənmə sistemində istifadə olunur, təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünəxa0 cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməlidir. Lakin 2015-ci ildə provayderlərin hazır olmaması səbəbindən bu proses təxirə salınmışdı.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin