Qazaxın icra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi - FOTOLAR

Hazırda oxunan: Qazaxın icra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi - FOTOLAR

238252

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.

Şəhər sakini, şəhər 3xa0saylı körpələr evi-uşaq bağçasındaxa0dayəxa0işləyənxa0Hüseynova Zəminə Rasim qızı bağçadaxa0müəllimə kimi işləməsini bildirib. Vətəndaşın müraciətinixa0diqqətlə dinləyən rayon rəhbəri sənədlərini təqdim etməsini və boş yer yaranan zaman baxılacağını bildirib.

Daş Salahlı kənd sakini Bayramova Hənifə Bayram qızının işlə təmin olunması ilə bağlı müraciətinə cavab olaraq ixtisasına uyğun boş iş yeri olan zaman təmin olunacağı bildirilib.

Bala Çaylı kənd sakini İsmayılov Çoban Omar oğlu isə nəvəsinin evinin təmir olunması, qaz, işıq xətlərinin çəkilməsi və torpaq sahəsi ilə bağlı müraciət edib. Vətəndaşın bütün müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri qaz və işıq xəttinin çəkilməsi üçün köməklik göstəriləcəyini qeyd edib. Torpaq məsələsi ilə bağlı rəsmi qaydada müraciət etməsini tövsiyə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin