Bu gün bulvarda rus qızı soyunur - Sabah da Azərbaycan qızı soyunacaq... - Fikir savaşı

Hazırda oxunan: Bu gün bulvarda rus qızı soyunur - Sabah da Azərbaycan qızı soyunacaq... - Fikir savaşı

234619
Görəsən,xa0 4 ildir Şuşa türməsindən inləyən Dilqəm və Şahbaz, 25-26 ildir Qarabağın, Ermənistanın zəhərli mədən və zavodlarında kölə kimi işlədilən azərbaycanlı əsirlər erməni-yezidi kürd müğənninin Bakıya təntənəli gəlişini, konsert verməsini eşitdilərmi?...xa0

Gördünüz,xa0 o gün Bakı bulvarındaxa0 rus qızıxa0 camaatın gözü qarşısında necə soyunub özünü dənizə atıb çimməyə başladı... Bu cür olayların heç biri təsadüfi deyil... Bu yaxınlarda metroda baş verənlər... Rayondan gəlmiş bir azərbaycanlı qızın vaqonda yalnız ayıb yerini örtən şortikdəxa0 əyləşməsi... Buna etiraz edənlərin tədricən gözdən salınması və bir neçə gün sonra yenə Bakı metrosunda yarıçılpaq geyinmiş qızları tənqid edən bir gəncin guya digər azərbaycanlı gənclər tərəfindən döyülərək qovulması.... Ardınca erməni Zaranın gəlişi... Paralel olaraq Rusiya prezidenti V.Putinin mətbuat katibixa0 xa0XIN nümayəndəsixa0 Mariya Zaxarovanın rəsmi səfəri... Və həmin günlər gözlənilmədən rus qızın bulvarda soyunması...xa0

***

Bunlar hamısı 1990-cı illərdən “mason”-filan adlandırılan super güclər tərəfindən onların hakimiyyət, vəzifə, var-dövlət ölüsü olan yerli əlaltılarınınxa0 birbaşa dəstəyi ilə başladılmış milli dəyərlərə qarşı gizli-açıq savaşın elementləridir... Məqsəd Azərbaycan sakinləri üçün bütün anti-bəşəri həyasızlıq, abırsızlıq, namussuzluq növlərinin adiləşdirilməsidir... Nəinki erməni soyadlı şəxslərinxa0 Azərbaycana gəlişini(bu günədək dəfələrlə erməni siyasətçilər, deputatlar, idmançılar, jurnalistlər Bakıya gəlib), hətta onları şadyanalıqla qarşılamağı, onlarla birlikdə şənlənməyi adiləşdirmək yoluylaxa0 xalqı zorla Qarabağsız barışığa, sülhə sürükləmək...xa0

***

1990-cı illərdən tədricən qızlarımıza dar-dütdəm şalvarlar, mini-yubkalar və s. geyindirməyi adiləşdirdilər... İndi isə küçədə- hamının gözü qarşısında soyunaraq alt paltarda qalmağı adi bir hala çevirməkdədirlər...xa0 xa0Sabah nəinki Bakıda yaşayan, rayonda, ucqar dağ kəndində yaşayanlar üçün dəxa0 bu cür davranışlar adiləşəcək... Bulvarda ailənlə gəzintiyə çıxdığın yerdə bir də görəcəksən ki, qızın, dalınca arvadın lütlənib özünü atdı dənizə...

***

Rus qızın Bakıda -əksəriyyəti Azərbaycan vətəndaşı olan sakinlərin gözü qarşısında soyunması həm də Moskvanın bir mesajıdır ki, biz sizi saymırıq, nə bilirik, onu da edirik... Qarabağı de-fakto vermişik ermənilərə, indi də Zara kimi hər cür “zarazanı” gətirib ürəyinizi partladacağıq...

***

Bir az da Köçəryanın, Sərkisyanın tutulmasıyla başımızı qataq... İndi Qarabağın azad edilməsi kimi BÖYÜK VƏZİFƏxa0 yaddan çıxıb əsasən iki məsələ müzakirə olunur. Bekar kişilər, cavanlar çayxanalarda, pivəxanalarda nərd, dominoxa0 vura-vuraxa0 Zaranın Bakıya gəlişini bir də Ermənistandakı siyasi vəziyyəti müzakirə edirlər:“Bahatonnan, ə ermənilər biri-biri ilə qırğına çıxıb... Tuthatutdu... Ə, o boyda Köçəryanı da tutdular e... Çox keçməz Sərkisyanı da tutarlar... Əşşi, elə bunların başı qatışar, biri-birini didməyə - Ermənistanda vətəndaş müharibəsi olar, biz də gedib torpaqlarımızı alarıq”.xa0 Daha belələrini başa salan yoxdur ki, ey dili-qafil,xa0 erməni bu ssenariləri özbaşına və təkbaşıan icra etmir... Biz bu günədək heç dəqiq bildik ki, Paşinyan kimin adamıdır... Bəlkə elə bunlar hamısı Putinin oyunlarıdır... Azərbaycanın, Türkiyənin, Qərbin başını qatmaq üçün... Yəni, iki əsrə yaxın Qafqazda və xüsusən, Ermənistanda kök salmış Rusiya kəşfiyyatıxa0 o dərəcədə mağmunlaşdı ki, onunxa0 adamını devirib yerinə Amerikanın adamını qoydular, hələ üstəlik, Robert Köçəryan kimi peşəkar, sadiqxa0 “KQB”-“SRU”xa0 agentlərini tutub içəri basırlar?.. İkincisi də, bu olaylarla Ermənistan dünyaya sübut etmək istəyir ki, demokratik inkişaf baxımından biz Azərbaycandan üstünük. Xalq istəmədiyi lideri və partiyanı hakimiyyətdən devirir. Korrupsiyaya qurşanmış keçmiş prezidentləri, nazirləri tutub içəri basırıq...

***

Görəsən, Şuşa türməsində inləyən Dilqəmlə Şahbaz, Qarabağın, Ermənistanın zəhərli qızıl, mis, molibden yataq və zavodlarında qul kimi işlədilən əsirlərimiz erməni-yezidi kürd qarışığı olan Rusiya agentinin Bakıda gəlib konsert verməsini eşitdilərmi?xa0 “Zara Bakıya silahla gəyməyib” deyən deputatlar özlərini Dilqəmlə Şahbazın, o biri əsirlərimizin, Xocalıda bütöv ailəsini , qardaşını-bacısını şəhid vermiş, torpağını itirmiş minlərin, yüz minlərin yerinə qoysalar- nə dediklərinin fərqinə vararlar...xa0xa0

***xa0

Hələ təxminən 10-11 il öncə rayonlardan birində orta məktəbdə müəllim işləyərkən səs-küy salan bir 6-cı sinif şagirdi olan qıza dözməyib “Ay qızım, bir abırın-həyan olsun” dedim. Cavabında qız nə soruşsa, yaxşıdır: “müəllim, həya nədir?..” Sonra tənəffüsdə o məktəbli qıza həya nə olduğunu anlatmağa çalışdım... Bu, dəhşətdir... Deməli, artıq on illərdir ki, bir sıra Azərbaycan valideynləri övladlarına, xüsusən qızlara abır, həya, ismət, namus nə olduğunu anlatmırlar...
Sultan Laçın


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin