Bakıda “Sjaella” alman vokal ansamblının konserti keçiriləcək

Hazırda oxunan: Bakıda “Sjaella” alman vokal ansamblının konserti keçiriləcək

227463
Leypsiqdən olan beş müğənnidən ibarət “Sjaella” qrupu yarandığı 2005-ci ildən etibarən musiqi dəst-xətlərində yeni yollar axtarışındadır. “Sjæl” və “Själ” danimarka və isveç dillərindən götürülüb, mənası “könül”, “ruh” deməkdir.

2013 – cü ildə «Preisung» CD-nə görə onlar nüfuzlu «Preis der Deutschen Schallplattenkritik» mükafatına layiq görülmüşdürlər. “Sjaella” qrupu Almaniyada və xarici ölkələrdə aktiv qastrol səfərlərində olur, MDR Musiksommer, Meraner Musikwochen, Amman Jazz Festivalı kimi musiqi festivallarında iştirak edirlər. Kollektiv dəfələrlə Tampereen Sävel Finnland, Jugend kulturell, vokal.total Graz kimi beynəlxalq vokal musiqi müsabiqələrində yüksək yerlər tutmuşdur.

“Sjaella” qrupu aktiv humanitar fəaliyyətə cəlb olunmuşdur: 2016-cı ildən qızlar SOS təşkilatının səfiri təyin edildilər. 2017-ci ildə onlar Fələstin və İzrail torpaqlarına baş çəkərək konsertlər verdilər və seminarlar keçirdilər. İki ay sonra isə Əmmandakı Goethe-İnstitutunun dəstəyi ilə (İordaniya) öz proqramını təkrar etdilər. Azərbaycanda Goethe-Zentrum Bakının dəstəyi ilə “Sjaella” qrupu 5 iyun, saat 19:30-da Kamera və Orqan Musiqisi zalında (Alman kilsəsi) pulsuz konsert verəcəkdir. Giriş sərbəstdir.

Konsertin proqramı:

“Veni Creator Spiritus”, hymn by Hrabanus Maurus,
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin