Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əli Cəfərlinin (şərti ad-soyad) məhkəməsi başlayıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmişin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama əsasən, hadisə "İnstagram" sosial şəbəkəsi üzərindən aparılan yazışmaya görə baş verib. Hadisə baş verdiyi zaman hər iki şəxs azyaşlı olub.
Prosesdə öncə təqsirləndirilən şəxs, daha sonra zərəçəkmiş dindirilib. İfadələrində onların hər ikisi aralarında barışıq əldə olunduğunu bildiriblər.
Proses şahidlərin dindirilməsi məqsədilə 28 oktyabr tarixinədək təxirə salınıb.
Qeyd edək ki, Ə.Cəfərliyə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurmaq) 221.3-cü (silah qismində istifadə edilə biləcək əşyaları daşımaq və istifadə etmək) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:08 / 30.09.2024
“İnstagram”dan mesaj yazdığı qızın sevgilisini bıçaqlayan şəxs: “Barışmışıq, münasibətimiz yaxşıdır”
Hazırda oxunan: “İnstagram”dan mesaj yazdığı qızın sevgilisini bıçaqlayan şəxs: “Barışmışıq, münasibətimiz yaxşıdır”
Hazırda oxunan: “İnstagram”dan mesaj yazdığı qızın sevgilisini bıçaqlayan şəxs: “Barışmışıq, münasibətimiz yaxşıdır”
213819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































