Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Özal Orduxanlı və Tural Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
xa0
APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
xa0
Hökmə əsasən, Ö. Orduxanlı 6 il, T. Həsənzadə 5 il müddətinə azadlıqdan məhrum edilib.
xa0
İttihama görə, təqsirləndirilən şəxslər vətəndaşların internet üzərindən sifariş verdiyi məhsulları aldatma yolu ilə ələ keçirərək, 20-dən çox vətəndaşa ziyan vurublar.
































































































