Bakı metrosunun iş qrafiki artırılacaq

Hazırda oxunan: Bakı metrosunun iş qrafiki artırılacaq

174632
IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı metrosunun iş vaxtı artırılacaq.

Bu barədə “Bakı Metropoliteni”x9d QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, “Bakı Metropoliteni”x9d QSC IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. Oyunlar müddətində Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Açılış və bağlanış mərasimləri günü iş qrafikində xüsusi dəyişikliklər olacaq. Həmin günlərdə metro səhər saat 6-dan gecə saat 2-yədək fəaliyyət göstərəcək. Adi yarış günlərində isə metronun gecə saat 1-dək fəaliyyət göstərməsi nəzərdə tutulub. Yarışlar davam edən günlərdə sərnişin axını çox olarsa, bu qrafikə yenidən baxıla bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin