Xəstəxanaya yerləşdirilən aktrisanın əri: “Mən əsəbləşdirdim”¦”x9d

Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən aktrisanın əri: “Mən əsəbləşdirdim”¦”x9d

170303
Aktrisa Naibə Allahverdiyevanın vəziyyəti ağırlaşdığından xəstəxanaya yerləşdirilib.

Bu barədə aktrisanın özü sosial şəbəkədə məlumat verib və xəstə yatağında çəkdirdiyi şəkilini paylaşıb.

Musavat.com-un əməkdaşı xəstəxanaya yerləşdirilən əməkdar artistin vəziyyəti ilə maraqlanıb. Aktrisanın yenicə ailə qurduğu həyat yoldaşı Yusif bəy onun vəziyyətinin qənaətbəxş olduğunu deyib: “Vəziyyəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir. Həkimlər vəziyyətinin yavaş-yavaş yaxşlığa doğru gedəcəyini bildirirlər. Hələ bir müddət xəstəxanada, həkim nəzarəti altında qalacaq”x9d.

Aktrisanın həyat yoldaşı onun xəstəxanalıq olma səbəbindən də danışıb: “Mən əsəbləşdirdim. Zarafat edirəm. Bildiyiniz kimi, əvvəlcədən onun sağlamlığında problemləri, qan təzyiqi var idi. Əsəb gərginliyi ilə əlaqədar yenidən təzyiqi qalxıb. Son vaxtlar müəyyən problemləri var idi, yəqin ki, onları fikirləşdiyi üçün əsəbləşib, təzyiqi qalxıb”x9d.

Qeyd edək ki, aktrisa Naibə Allahverdiyeva ötən ilin yayında səhhətində yaranmış problemlərlə bağlı bir müddət əsəb dispanserinə yerləşdirilmişdi. Aktrisa bir neçə ay bundan öncə ikinci dəfə ailə həyatı qurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin