"Məktəblər böhran vəziyyətinə məruz qalmış uşaqların aşkar edilməsinə cavabdehdirlər"

Hazırda oxunan: "Məktəblər böhran vəziyyətinə məruz qalmış uşaqların aşkar edilməsinə cavabdehdirlər"

165162
“Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər.”x9dxa0
Bu sözləri M.K. Atatürk demişdir. Həqiqətən də müəllim olmaq şərəfli olduğu qədər də çətin peşədir. Müəllim savadlı olmaqla yanaşı həm pedoqoq, həm də psixoloq olmalıdır. Pedoqoq xa0hər bir şagirdə fərdi yanaşmalı, onun problemləri haqqında maraqlanmalı və bu barədə valideynlərlə diskussiya aparmalıdır.xa0

Bilirik ki, dövrümüzdə belə müəllimlər az deyil. Lakin elə müəllimlər var ki, onlar nəinki şagirdin qayğısına qalır, hətta onlara qarşı mənəvi və fiziki şiddət göstərir.xa0

Bu mövzuda sosioloq Cavid İmamoğlunun fikirlərini öyrəndik: “Azərbaycanda uşaq hüquqlarının qorunmasına görə cavabdeh qurumlardan biri də təhsil idarələri və təhsil müəssisələridir. Onların səlahiyyətlərı çərçivəsinə uşaqların haqqlarının və maraqlarının qorunması və hər növ diskriminasiya, zorakılıq, kobud rəftar və istismardan müdafiəsi daxildir”x9d. Cavid İmamoğlu həmçinin qeyd edir ki, məktəblər böhran vəziyyətinə məruz qalmış uşaq və ailələrin aşkar edilməsinə cavabdehdirlər. Nə ibtidai sinif şagirdlərinə, nə də yuxarı sinif şagirdlərinə qarşı məktəbdə zorakı rəftar yolverilməzdir və “Uşaq hüquqları haqqında”x9d Azərbaycan Respublikası qanunu bunu qəti şəkildə qadağan edir. Müəllimlər, məktəb kollektivi uşaqlara qarşı zorakılıqdan uzaq rəftar etməlidirlər. Ümumiyyətlə, məktəbdə uşaqlara qarşı zorakı münasibət göstərən şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Heç kəsin uşağa əl qaldırmağa, vurmağa haqqı yoxdur. Uşaqların mənəvi-psixoloji, fiziki cəhətdən təzyiq və zorakılığa məruz qalması yolverilməzdir.

Hüquqşünas Tağı Hüseynovun fikrincə isə müəllim heç bir halda şagirdə şiddət tətbiq edə bilməz. Sonrası da belə hal olarsa valideyn əvvəlcə məktəb direktoruna, təhsil şöbəsinə, təhsil nazirliyinə şikayət ərizəsi ilə müraciət etməlidir. Daha sonra hər bir rayon İcra Hakimiyyətində olan Övladlıq ve Qəyyumluq Komissiyasına xa0həmin müəllimin cəzalanmasını istəyirsə hüquq mühafizə orqanlarına müraciət etməlidirlər.

Psixoloq Narınc Rüstəmovanın fikirlərinə görə, 6 ”“ 10 yaş arası uşaqlarda, məktəb haqqında ilk fikirləri formalaşan dövrlərdə yanlış mövqe tutan pedoqoqlar uşaqlara məktəb haqqında mənfi emosiyalar yükləyirlər: “Ümumiyyətlə nə valideynlər tərəfindən, nə də müəllimlər tərəfindən uşaqlara qarşı şiddət yolverilməzdir. Yəni bu üsul tərbiyə modelində heç zaman öz effektini vermir. Müəllim olmaq təkcə savadlı olmaq deyil, eyni zamanda müəllim pedoqoq, psixoloqdur. Müəllim hər bir uşağın potensialına uyğun olaraq fərdi yanaşmalıdır. Fərdi olan təlim sistemi təhsil sistemini gücləndirir.

Narınc xanım uşaqların müəllim tərəfindən şiddətə məruz qalmasının valideyn üçün də böyük bir stres yaratdığını qeyd edir. “Nəticədə valideyn uşağın sinfini dəyişir. Bu da uşaqlarda ikinci bir travma yaradır. Belə ki uşaq yeni sinif yoldaşlarına, dərs prosesinə adaptasiya olunmaqda çətinlik çəkir. Bununla yanaşı hər bir müəllim işə götürülərkən onun xasiyyətnaməsi hazırlanır. Ancaq bu o demək deyil ki, müəllimin 10 il müddətində psixikası dəyişilmir. Ailədə və ya həyatda yaşadığı streslər də müəllimlərin də psixologiyasında öz izlərini qoyur. Bu nöqteyi nəzərdən də ildə iki dəfə müəllimlər psixoloji müayinədən keçməlidir. Pedoqoji fəaliyyətə yararsız olan müəllimlər psixoloji reablitasiyadan keçirilməlidir. Bu o demək deyil ki, müəllim işdən azad olunmalıdır.”x9d

Narınc xanım sonda qeyd etdi ki, uşaqların dəcəl, şıltaq olması müəllim üçün bəhanə olmamalıdır. Yəni müəllimin bunları bəhanə xa0gətirərək uşaqlara şiddət tətbiq etməsi yolverilməzdir və bu hala ilk növbədə valideynlər etiraz etməlidirlər.xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Lalə Novruzlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin