Məlum olduğu kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev 55 illik yubileyini qeyd edir.
Moderator.az xəbər verir ki, İlham Əliyevi yubileyi münasibətilə dünyanın nüfuzlu liderləri zəng edərək özünəməxsus şəkildə təbrik ediblər, onun haqqında yüksək fikirlər səsləndiriblər.
Prezident öz doğum günündə xa0həmçinin, Bakıda bir çox mühüm tədbirlərin açılışına qatılıb, təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçısına təbriklər gün boyu da gəlməkdə davam edir.
Prezidentin ailə üzvləri də İ. Əliyevə öz münasibətlərini fərqli üsullarla sərgiləyiblər. Azərbaycanın birincxi xanımı Mehriban Əliyeva da bu qəbildən maraqlı bir jest edib. Belə ki, “First lady”x9d həyat yoldaşının doğum günündə mətbəxə keçərək onun üçün qutab bişirib, müxtəlif ləziz yeməkləri hazırlayıb. Bu barədə görüntünü prezidentin qızı Leyla Əliyeva sosial şəbəkədə paylaşaraq “Ən dadlı yemək anamın bişirdiyidir”x9d deyə şərh edib.
Həmin maraqlı görüntünü təqdim edirik.




































































































