Türkiyə və Rusiya XİN rəhbərləri Hələbdəki vəziyyəti müzakirə edib

Hazırda oxunan: Türkiyə və Rusiya XİN rəhbərləri Hələbdəki vəziyyəti müzakirə edib

162266
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Suriyanın Hələb şəhərindəki vəziyyəti və Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin dekabrın 27-də Moskvada keçiriləcək üçtərəfli görüşünə hazırlığı müzakirə edib.xa0

Moderator.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə XİN nümayəndəsi bildirib.xa0

“Bu gün Türkiyə XİN rəhbəri və Rusiya xarici işlər naziri Sergey Lazvrov arasında telefon danışığı olub. Nazirlər Hələbdəki vəziyyəti, şəhər sakinlərinin təxliyəsini, eləcə də Suriya ilə bağlı Moskvada keçiriləcək görüşə hazırlığı müzakirə ediblər”x9d, - XİN nümayəndəsi qeyd edib.xa0

O əlavə edib ki, Sergey Lavrov Mövlud Çavuşoğluya Kayseridəki terror aktı ilə əlaqədar başsağlığı bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin