Bəhram Bağırzadə “Neftçi”x9ddən istefa verdi

Hazırda oxunan: Bəhram Bağırzadə “Neftçi”x9ddən istefa verdi

159404
Tanınmış aktyor Bəhram Bağırzadə ”x9dNetçi”x9dnin Müşahidə Şurasından istefa verib.

Moderator.az xa0xəbər verir ki, o, öz feysbuk hesabında bu barədə açıqlama verib:

"Hörmətli azarkeşlər, özümü dərk etdiyim həyatım boyu mən “Neftçi”x9d komandasının sadiq azarkeşi olmuşam. Bir neçə il əvvəl bu əfsanəvi komandanın Müşahidə Şurasının üzvlərindən biri olmaq şərəfinə layiq görüldüm. Bütün bu illər boyu şuranın bütün üzvləri “Neftçi”x9d komandasının yenidən Azərbaycan futbolunun “bir nömrəli komandası”x9d olması üçün nəhəng səylər göstərdilər. Mən öz vəzifələrim çərçivəsində daim müxtəlif kreativ layihələr fikirləşirdim və tətbiq etməyə çalışırdım ki, komandanın ictimai imici qalxsın və “Nefçi”x9dnin azarkeşlərini yenidən stadionlara qaytarmağa kömək etsin. Lakin əfsuslar olsun ki, mənim bütün səylərim faydasız oldu, çünki onlar üçün gözəl şərait yaradılmış futbolçular “Netçi”x9dnin yüksək adına uyğun olmaq istəmirlər.

Mən özümü fəaliyyətimin bütün sahələrində uğurlu insan hiss edirəm, lakin mənim uğurum bəxt və ya təsadüfi uğur deyil. Hər şeydən əvvəl, bu, ağır, daimi, gündəlik zəhmətin bəhrəsidir, ona görə mən “Netçin”x9dnin çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünmək və meydançada bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmirəm. Öz adımdan bütün azarkeşlərə “Netçi”x9dnin oyunlarına görə aldıqları böyük məyusluq hisslərinə görə səmimi qəlbdən üzr istəyirəm. Qəti surətdə qalib olmaq istəməyənləri məcburən qalib olmağa vadar etmək mümkün deyil.

Hörmətli azarkeşlər, bu vəziyyətlə əlaqədar, mən istefa verirəm və ”x9dNetçi”x9dnin Müşahidə Şurasından gedirəm. Bu qərarı böyük ürək ağrısı ilə verdim, lakin hələ də ümid edirəm ki, mənim sevimli komandam nə vaxtsa layiqli yer tutacaq və bizim Vətənə çoxlu mükafat gətirəcək".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin