Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun və onunla birlikdə ittiham olunan iki nəfərin - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə təqsirləndirilən İsfəndiyar İsfəndiyarov dövlət ittihamçısının suallarını cavablandırıb. Suallar vətəndaş Zabil Salmanova məxsus qeyri-yaşayış sahəsinin və digər obyektlərin alqı-satqısının təfərrüatları ilə bağlı olub. İ.İsfəndiyarov hakimin və vəkillərin də suallarını cavablandırıb.
Sonra digər təqsirləndirilən şəxs, İ.İsfəndiyarovovun bibisi oğlu Arzu Məmmədov sərbəst ifadə verib. O özünü qismən təqsirli bildiyini deyib, ibtidai istintaqa ifadə verərəkən ağır psixoloji vəziyyətdə olduğunu qeyd edib. A.Məmmədov da dövlət ittihamçısının və prosesin digər iştirakçlarının suallarını cavablandırıb.
Prosesə bir neçə günlük fasilə verilib.
Qeyd edək ki, məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edir, dövlət ittihamçısı Ramazan Hadıyevdir. (koordinat.az)






























































































