Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin “Azərbaycanda memarlıq təhsilinin müasir vəziyyəti və vəzifələr”x9d mövzusunda plenumu keçirilib. Memarlar İttifaqının sədri Elbay Qasımzadə memarlıq sahəsində aparılan tədris, burada tətbiq olunan yeniliklər, qarşıda duran vəzifələrdən danışıb. O qeyd edib ki, respublikamızda memarlıq təhsilinin problemlərinə diqqətin artırılması günün ən vacib məsələlərindən biridir. Təhsil Nazirliyi Aparatının rəhbəri Mətin Eynullayev təhsil naziri Mikayıl Cabbarovun plenum iştirakçılarına təbrik məktubunu oxuyub, onlara uğurlar diləyib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova memarlıq təhsilinin qarşısında duran vəzifələrdən, görülmüş işlərədən və təhsilin beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün müəyyənləşdirilmiş hədəflərdən danışıb. Rektor vurğulayıb ki, Azərbaycan təhsilinin Bolonya sisteminə qoşulması təhsilin həm struktur, həm keyfiyyət, həm də kəmiyyət baxımından dəyişməsinə səbəb olsa da, memarlıq təhsilinin özünəməxsus ənənələrinin qorunması böyük əhəmiyyət kəsb edir. Təhsilin keyfiyyətini artırmaq üçün istehsalat əlaqələrinin, beynəlxalq əməkdaşlığın, tələbə-müəllim mübadiləsi, birgə konfranslar, vorkşoplar, kurs və diplom layihələrinin vacibliyini qeyd edən G.Məmmədova eyni zamanda təhsilin dünya standartlarına çatdırılması üçün onun praktik komponentinin gücləndirilməsi, kurs və diplom layihələrinin keyfiyyətinin artıtılmasını təklif edib.
Tədbirdə iştirak edən Milli Rəssamlıq Akademiyasının rektoru akademik Ömər Eldarov, Naxçıvan Dövlət Universitetinin prorektoru Mübariz Nuriyev, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, “Memar”x9d analitik-informasiya jurnalının redaktoru Elkin Ələsgərov, “Gənc memarlar və tələbələr”x9d klubunun prezidenti Şeyda Novruzzadə və başqaları çıxışlarında memarlıq təhsilinin keyfiyyətini qaldırmaq üçün təkliflər, maraqlı fikirlər səsləndiriblər. Tədbirin sonunda Memarlar İttifaqının İdarə heyəti Plenumunun Qətnaməsi qəbul olunub.


































































































