İtkin-şəhid Bahadur Kamalov Kəlbəcərdə dəfn edildi - FOTO

Hazırda oxunan: İtkin-şəhid Bahadur Kamalov Kəlbəcərdə dəfn edildi - FOTO

623146

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Kamalov Bahadur Məhəmməd oğlu Kəlbəcər rayonunda dəfn olunub.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, Zar kəndində keçirilən vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Bahadur Kamalov 1937-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub. O, 1993-cü il aprelin 5-də Murovdağ silsiləsində itkin düşüb.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin