Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Hazırda oxunan: Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

623171

Qarpızın tərkibində artıq nitratların olduğunu su və yodla aparılan iki test göstərə bilər. Lakin nitrat səviyyəsini gözlə dəqiq müəyyən etmək mümkün deyil, ona görə də nitrat testerindən istifadə etmək ən yaxşısıdır.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, bu barədə rusiyalı kənd təsərrüfatı elmləri doktoru, dosent Nina Myasişeva danışıb.

Ev şəraitində yoxlama üsulları:

- Su testi: Qarpızın ətli hissəsindən kiçik bir tikəni stəkandakı suya atın. Suyun bulanıqlaşması normaldır. Lakin suyun çəhrayı və ya qırmızı rəngə boyanması həmin qarpızın tərkibində artıq maddələrin olduğundan xəbər verir və belə qarpızdan çəkinmək lazımdır.

- Yod testi: Kəsilmiş qarpız tikəsinin üzərinə bir damla yod damladın. Yodun rənginin maviyə çalması nitratların mövcudluğunu göstərə bilər.
 

Alim qeyd edir ki, bu üsullar hər zaman 100% dəqiq nəticə vermir, ən etibarlı yol xüsusi test cihazlarından (tester) istifadə etməkdir. Qarpızda nitratın təhlükəsiz səviyyəsi hər kiloqram üçün 60 mq-a qədərdir. Bu həddin aşılması zəhərlənməyə səbəb ola bilər.


Simptomlar arasında zəiflik, başgicəllənmə, ürəkbulanma, qusma, qarın ağrısı və spazmlar, ishal, iştahsızlıq və yuxululuq müşahidə olunur.

Nina Myasişeva qarpız alarkən xarici görünüşə də diqqət yetirməyi tövsiyə edir:

- Qarpızın içi qeyri-təbii dərəcədə parlaq qırmızı və ya bənövşəyi olmamalıdır.

- Təhlükəsiz qarpızda özəyindən qabığına qədər olan liflər ağ rəngdə olur. Liflərin sarı və ya tünd sarı olması ciddi xəbərdarlıq siqnalıdır.

- Nitratlı qarpızın kəsilmiş səthi şübhəli dərəcədə hamar və parlaq görünür. Keyfiyyətli qarpızın kəsiyi isə məxməri və dənəvər olur.

Alim sonda xatırladıb ki, qarpızı yalnız ixtisaslaşmış satış yerlərindən almaq və satıcıdan məhsulun keyfiyyət sertifikatını tələb etmək lazımdır. Yolların kənarında satılan qarpızlar isə nəqliyyat vasitələrindən çıxan qazları və ağır metalları udduğu üçün sağlamlığa təhlükəlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin