DİQQƏT! Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Hazırda oxunan: DİQQƏT! Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

623113

Bakının Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar iyulun 5-7-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Bizim.Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, məhdudiyyət səbəbindən 10, 14 və 18 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin