"Ayağından çəkənin öz dövlətində hörməti heç 1 qəpik dəyərində də olmur"

Hazırda oxunan: "Ayağından çəkənin öz dövlətində hörməti heç 1 qəpik dəyərində də olmur"

134096
Bu günlərdə Qırğızıstanda Heydər Əliyev Fondunun Prezidenti Nüsrət Məmmədovun ünvanına qarayaxıcı, təpədən dırnağa kimi şər-böhtan dolu yazı oxudum. Neçə ilin jurnalisti olmağıma görə, yazının iki sətrini oxuyan kimi sifariş yazısı olmasını anladım. 

Çünki, hər bir jurnalist gərək ki, sifarişli yazını tanımağı və onu yazmağı bacarsın. Sifarişli yazı iki cür olur. Ya böhtan xarakterli olur, ya da başdan ayağa kimi tərifdən bərq vurub, işıq saçır. 

Hər iki sifariş yazısının arxasında təbii ki, maliyyə maraqları gizlənir. Burada bir fərq var. Sifariş verən kəs şər-böhtanı başqası üçün, tərifi çox zaman özü üçün sifariş verir. 

Mətbuatın son vəziyyətinə baxdıqda, bu iki cür yazıların əlindən oxucunun da, artıq molla demişkən təngə gəldiyini söyləmək olar. Vallah amma bizimkilər bu tip yazıları yazmaqdan bezmir... Görünür, bu andra qalmış sifariş yazılarının arxasında urus demişkən “kurupnu”x9d maraqlardan söhbət gedir. Əks halda ilk sətrindən sifariş malı olduğu anlaşılan, hap-gopu yazıb, sinəsini önə verib ağız da olsa “mən jurnalistəm”x9d deyəndə bir utanıb qızarar...

Maraqlısı odur ki, belə sifarişlə yazı yazmaq üçün sino gedənlər varsa, nə üçün onlar düşmənə qarşı informasiya müharibəsinə girişmirlər? Yoxsa gücümüz ancaq özümüzkünə çatır? 

Yox, əgər bu andra qalmış maddi marağa görədirsə, görəsən nə üçün erməniyə qarayaxmaq üçün canfəaşnlıq edib, sərvətini ortaya tökən yoxdur? Hərçənd ki, erməninin qarayaxmaya ehtiyacı da yoxdur, çünki elə qara gündədir... Amma onun qara günündən yazana heç 10 qəpikdə maddiyyat təklif edən yoxdur. Amma elə ki, məsələ gəlir, iki dəfə artıq adı çəkilən özümüzünkinə, o dəqiqə onun adına qarayaxmaq üçün maddiyyat təklif edən də, onu alıb yazan da tapılır... 

Təsəvvür edin, “bizimkilər”x9d fərasətli çıxıb ermənini yox, elə xaricdə deputatlığa namizəd olmuş, adlı-sanlı azərbaycanlımız Nüsrət Məmmədovu qınaq obyektinə tuturlar. Ay nəbilim Nüsrət Məmmədov 1980-cı illərin axırında Bakıdan qaçıb, yoxsa qatarla gedib və ya təyyarə ilə gedib... Siz allah, bu məsələ jurnalistin müzakirə obyekti olacaq mövzusudurmu? Elə lap aşığın sözü qurtaranda neynim neynim çaldığı kimi”¦

Həmən yazının bir yerində oxuyuram: “Ötən yazımda da şəklini təqdim etmişdim. Bişkekin tozlu küçələrindən birində toyuq hininə bənzər bir budka tikib üstünə də Heydər Əliyev Fondu ”“ Heydər Əliyev Guşəsi sözlərini yazan bu adamdır”x9d. Birincisi Heydər Əliyev guşəsini “Toyuq hininə oxşatmaq”x9d nə qədər düzdür? İkincisi, Qırğızıstan mətbuatının yaydığı məlumatlara görə sözügedən Heydər Əliyev guşəsinin açılışında, Azərbaycanın o vaxtkı səfiri Arif Ağayevlə birlikdə, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatov da iştirak edib. Həm də “Den Syaopen”x9d adlı küçə Bişkekin ən mərkəzi küçəsidir. Maraqlananlar həmin küçəni Bişkekin xəritəsində tapa da bilərlər. Qırğızıstan mətbuatına nəzər saldım”¦. Tənqid obyektinə çevrilmiş guşənin açılışı haqqında “Veçerniy Bişkek”x9d qəzetində məlumat gedib. Həmin məlumatı maraqlananlar bu linkdən oxuya da bilərlər:

//members.vb.kg/2008/01/09/panorama/5.html


Uşaqikən çoxları mənimlə razılaşar ki, ailədə söz-söhbət düşəndə, böyüklərimiz deyərdi ki, qoy qonaq getsin, həll edərik. Yəni qonaq-qara arasında evin sözünü-söhbətini danışmazlar. Bunu da, həmən səhv edən şəxsin hörmətdən salmamaq üçün edərdilər. İndi bizim bəzi jurnalistlərdə bizimkini qonaq-qara arasında ağına-bozuna baxmadan biyabır etmək ənənə halına çevrilib. Daha düşünmürlər ki, o xaricdə fəaliyyət göstərən azərbaycanlımız orada iki dəfə artıq Azərbaycanın adının çəkilməsinə yardımçı olursa, bu bizim başımızın ucalığıdır. Hələ Nüsrət Məmmədov dəfələrlə bir çox Azərbaycan yazıçılarının, alimlərinin və söz ustadlarının yazılarını, tariximizi, Azərbaycanda aparılan uğurlu siyasət haqqında ümumilikdə 85 kitabı müxtəlif dillərə tərcümə etdirib, Qırğızıstanda, Qazaxıstanda, Rusiya Federasiyasinda, Özbəkistanda Azərbaycan adına pulsuz paylanmasını həyata keçirib, saysız hesabsız beynəlxalq tədbirlərə imza atıb. Bunların arasında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Azərbaycana səfərinin təşkilini, Bişkekdə, Almatıda və Bakıda keçirilən “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu”x9d mövzusunda keçirilən elmi nəzəri konfransı göstərmək olar. Tarixi unudanların yadına salaq ki hələ 2007 ci ildə Almatı şəhərində ikinci “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu”x9d mövzusunda keçirilən elmi nəzəri konfrans ilin mühüm hadisəsi elan olunmuşdu.

Deyirlər, guya Nüsrət Məmmədov özünü Qırğızıstanda Heydər Əliyev Fondunun prezidenti kimi təqdim edir. Bu məsləyə aydınlıq gətirək:
Fond haqqında da Qırğızıstan mətbuatında araşdırmalar apardım. Qırğızıstanın Ədliyyə nazirliyinin rəsmi saytında bu fondun yaradılması haqqında məlumata rast gəldim. Fondun Qırğızıstanda rəsmi dövlət qeydiyatından keçməsini bu linkdən oxumaq olar: 

//register.minjust.gov.kg/register/SearchAction.seam?number=&tin=&fullnameRu=фонд+гейдара+алиева&logic=and&okpo=&cid=1387391

Deməli Nüsrət Məmmədov heç də özünü yalançı bir fondun rəhbəri kimi təqdim etmir. Bundan başqa, fondun rəsmi dövlət qeydiyyatından keçməsi haqqındakı şəhadətnamənin surəti Nüsrət Məmmədovun feysbuk səhifəsində qoyulub. 

Əvvəla onu bildirim ki, mən Nüsrət Məmmədovu heç tanımıram. Bir dəfə də, olsa nə onunla görüşməmişəm, nə də onu görməmişəm. Amma hər kəs bilir ki, mən hər zaman Azərbaycanın hüdudlarından kənarda Azərbaycan adına 1% belə iş görən həmvətənlərimizi müdafiə etmişəm və bundan sonra da edəcəyəm. İlk əvvəl biz sevinək ki, Qırğızıstanda da Ulu Öndər Heydər Əliyevin adını yad edən bir fond fəaliyyət göstərir. Biz sevinək ki, bu fond Azərbaycan adına təqdirə layiq işlər görür. Sevinək ki, bu gün bizim azərbaycanlımız xaricdə biznesmen kimi yox, deputatlığa namizəd kimi, diplomat kimi, Çingiz Aytmatov Akademiyasının akademiki kimi, Qırğızıstam milli yazıçılar ittifaqının fəxri üzvü kimi, “Qızıl qələm”x9d mükafatı laureatı kimi, Qırğızıstan mədəniyyət nazirliyi əlaçısı kimi tanınır. Sevinək ki, Yunus Oğuz kimi Azərbaycan tarixi yazarının kitablarını, tarixi faktlarını tərcümə edib, Azərbaycanın köklü tarixi haqqında məlumat verən azərbaycanlımız var. Sevinək ki, azərbaycanlı yazarların Qırğızıstanda və digər MDB dövlətlərində kitab təqdimatlarını təşkil edən həmvətənimiz, soydaşımız var. Sevinək ki, bu gün Qırğızıstanda Mir Cəlal Paşayev, Akademik Ramiz Mehdiyev kimi ziyalılarımızının kitablarının qırğız dilinə çevrilməsi kimi önəmli layihələri icra edən Nüsrət Məmmədov kimi azərbaycanlımız var... 

Bütün bu nüanslarla yanaşı qeyd edim ki, Qırğızıstanda fəaliyyət göstərən Heydər Əliyev Fondu ilə Azərbaycandakı Heydər Əliyev Fondu arasında heç bir əlaqəsi və bağlılığı yoxdur. Hər iki fond ayrı ayrılıqda müstəqil fondlardır. Bu iki möhtəşəm layihənin hər ikisinin bircə ortaq cəhəti Ulu Öndər Heydər Əliyevin kursuna xidmət etmək və onun adını daşımaqdır.

İndi siz deyin, Azərbaycan adına, azərbaycançılıq adına bu qədər zəhmətləri və əməkləri olmuş Nüsrət Məmmədovun günahı nədir?
Nəqədər ki, biz bir-birimizin ayağını aşağı çəkməkdən əl çəkməyəcəyik, ayağından çəkilənin xaricdə, ayağından çəkənin isə öz dövlətində hörməti 1 qəpik dəyərində olacaq! 

Ona görə də, papağınızı qarşınıza qoyun və düşünün, cənablar! Düşünün ki, düşməninizin özümüzkünün olmadığını nəhayət ki, dərk edəsiniz!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin