Putinlə görüşə gedən rəsmilər saatlarını təhvil verir – FOTO

Hazırda oxunan: Putinlə görüşə gedən rəsmilər saatlarını təhvil verir – FOTO

612327

Rusiya rəsmiləri Vladimir Putinlə üz-üzə görüşlərdən əvvəl qol saatlarını təhvil verməyə məcbur edilir.

Bizim.Media xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan iki mənbəyə istinadən “Moscow News” məlumat yayıb.

Məlumata görə, yeni qaydalar həm elektron, həm də mexaniki saatlara şamil olunur. Bildirilir ki, bu tələb təxminən aprelin ortalarından tətbiq edilməyə başlayıb.

Mənbələrin sözlərinə görə, əvvəllər görüşlər zamanı mobil telefonların istifadəsi qadağan edilmişdisə, indi həmin siyahıya qol saatları da əlavə olunub.

Qeyd olunur ki, Kremlin yaxın çevrəsinə daxil olan bəzi şəxslərə bu məhdudiyyət tətbiq edilmir.

Mediada yayılan məlumatlarda bu addımın təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqəli olduğu bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin