Almaniyada yanacağın bahalaşması səbəbindən vətəndaşların təxminən yarısı şəxsi avtomobildən istifadəni azaltmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Verivox portalının sifarişi ilə keçirilən sorğunun nəticələrində bildirilib.
Sorğuya əsasən, iştirakçıların 48 faizi şəxsi avtomobildən istifadəni azaltdığını bildirib.
Almanların 29 faizi velosipedə keçib, 24 faizi isə ictimai nəqliyyatdan daha çox istifadə etməyə başlayıb.
Bundan başqa, respondentlərin 67 faizi enerji resurslarından daha qənaətlə istifadə etdiyini deyib.
Sorğu iştirakçılarının 56 faizi istifadə etmədikləri elektrik cihazlarını gözləmə rejimində saxlamaq əvəzinə tamamilə söndürdüyünü bildirib.
Həmçinin 55 faiz evlərdə istilik cihazlarının gücünü azaltdığını, 52 faiz elektrik enerjisi istehlakını məqsədli şəkildə azaltdığını, 47 faiz isə isti suya qənaət etdiyini qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:50 / 10.05.2026
Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir
Hazırda oxunan: Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir
Hazırda oxunan: Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir
612372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































