"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Hazırda oxunan: "Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

612362

Misli Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Şamaxı"nı qəbul edib.

"Palms Sports Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.

"Ağ-qaralar"ın qollarını 1-ci dəqiqədə Emin Mahmudov, 47-ci dəqiqədə İmad Faraj, 83-cü dəqiqədə Breno Almeyda vurublar.

Dördüncü pillədə qərarlaşan "Neftçi" bu nəticədən sonra xallarının sayını 53-ə çatdırıb. "Şamaxı" 35 xalla səkkizincidir.

Günün ilk oyununda "Turan Tovuz" "Karvan-Yevlax"ı üstələyib - 1:0.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.

"Qəbələ" - "Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb.

"İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin