Şröder vasitəçi ola bilərmi? - Almaniya Putinin təklifinə skeptik yanaşdı

Hazırda oxunan: Şröder vasitəçi ola bilərmi? - Almaniya Putinin təklifinə skeptik yanaşdı

612347

Almaniya hökuməti Rusiya Prezidenti Vladimir Putinin Moskva ilə Avropa İttifaqı arasında danışıqlarda keçmiş Almaniya kansleri Gerard Şröderin vasitəçi kimi təyin olunması ilə bağlı təşəbbüsünə skeptik yanaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə Der Spiegel, Süddeutsche Zeitung, ARD-aktuell, Tagesspiegel və Deutschlandfunk nəşrləri mənbələrə istinadən məlumat yayıb.
 

Berlində Kremlin bu cür təşəbbüsləri Rusiyanın “hibrid strategiyasının” bir hissəsi hesab edilir və “formal xarakterli” addımlar kimi qiymətləndirilir. Buna görə də Almaniya hakimiyyəti bu təkliflərə etimad göstərmir.


Qeyd olunur ki, Almaniyanın belə mövqe tutmasının əsas səbəbi Moskvanın Ukrayna ilə bağlı tələblərinin dəyişməməsidir. Berlin həmin tələbləri qəbuledilməz hesab edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin