Hesablama Palatasının əmmaları...

Hazırda oxunan: Hesablama Palatasının əmmaları...

133230
Xəbər verdiyimiz kimi tanınmış iş adamı Gülağa Tənha son zamanlar ölkəmizdə baş vermiş hadisələrlə əlaqədar öz analitik araşdırmaları ilə bağlı fikirlərini ictimaiyyətlə bölüşdürməkdə davam edir.xa0

Bu dəfə biz həmin araşdırmaların növbəti hissəsi ilə tanış oluruq. Bu çıxışında tanınmış iş adamı, eyni zamanda xeyriyyəçi-şair Gülağa Tənha ölkənin müxtəlif strukturlarını virus kimi bürümüş rüşvətxorluğu, onu doğuran səbəbləri tənqid etmişdir.xa0

Belə ki, sovet dövründə OBXSS ”“də (Sosialist mülkiyyətinin mənimsənilməsinə qarşı mübarizə şöbəsi) işləmiş bir şəxsin keçmiş Milli Təhlükəsizlik Nazirliyində məsul rəhbər vəzifəyə təyin olunması ilə bu orqandan savadlı, peşəkar kadrların işdən kənarlaşdırılması yuxarıda haqqında danışılan neqativ halların meydana çıxmasına və çoxalmasına əslində münbit şərait yaratmışdır.xa0

Kadr siyasətinin düzgün həyata keçirilməməsi bütövlükdə dövlətimizi böyük təhlükə qarşısında qoymuş və bir çox fəsadlara yol aça bilmişdir. Gülağa Tənha ölkədə əsas strukturlardan biri olan Hesablama Palatası haqqında da öz fikirlərini bildirib. O, çox vacib olan bu strukturun da rüşvətxorluq virusuna yoluxduğunu və bu strukturun fəaliyyətinin xoşagəlməz, faciəli nəticələrə gətirib çıxara biləcəyindən ehtiyatlandığını bildirir. Hesablama Palatasının bu əməlləri Vətənə, cənab Prezidentə xəyanət kimi qiymətləndirilir. Ölkə büdcəsinə əsas nəzarət mexanizmlərindən hesab edilən Hesablama Palatasının öz vəzifəsini lazımi səviyyədə icra edə bilməməsi ağır nəticələrə gətirib çıxara bilər. Tanınmış iş adamı onu da qeyd edir ki, Hesablama Palatasının dövlətin büdcəsinə nəzarət etməsi əvəzinə baş verən mənimsəmələrə, oğurluqlara, bu cinayətlərə göz yumması, əslində, həmin əməlləri törədənlərdən də ikiqat artıq cinayət törətməsi deməkdir. Dövlətçiliyimizin qorunması, mühafizə edilməsində parlamentin ”“ Milli Məclisin də roluna qiymət verən Gülağa Tənha bu orqanı daha aktiv fəaliyyət göstərməyə səsləyir. Belə ki, Milli Məclis Hesablama Palatasının işinə nəzarət etməli, büdcədən ölkə iqtisadiyyatına ayırılmış pullara və bu pulların hara, nə qədər və nə üçün xərcləndiyini tələb etməli idi. Bu sahədə şəffaflığın da olmaması belə cinayətlərin asanlıqla həyata keçməsinə şərait yaradır. Öz çıxışında bütün bu problemləri aşkarlamaqla yanaşı, Gülağa Tənha, eyni zamanda problemlərin həllinin optimal variantlarını da izah edir.(azpress.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin