Tərtərdə ermənilərin dağıtdığı məktəb binaları, tibb məntəqəsi və uşaq bağçası bərpa edilir

Hazırda oxunan: Tərtərdə ermənilərin dağıtdığı məktəb binaları, tibb məntəqəsi və uşaq bağçası bərpa edilir

133087
Tərtər rayonunda məktəb binaları, tibb məntəqəsi və uşaq bağçası bərpa edilir.

Moderator.az xəbər verir ki, aprelin 2-dən ermənilərin endirdiyi artilleriya zərbələri nəticəsində Tərtər rayonunda iki orta məktəb binasına, iki tibb məntəqəsinə və bir uşaq bağçasına mərmi düşüb. Nəticədə binalara xeyli ziyan dəyib. 

Artıq Qaraağacı və Qapanlı kənd tam orta məktəblərində, Qapanlı və Yuxarı Qapanlı kəndlərindəki tibb məntəqələrində, Qazyan kənd körpələr evi-uşaq bağçasında təmir-bərpa işlərinə başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin