Elmlər Akademiyasında yeni təyinatlar baş tutub

Hazırda oxunan: Elmlər Akademiyasında yeni təyinatlar baş tutub

133022
Azərbaycan Milli elmlər Akademiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında bir sıra mühüm qərarlar qəbul edilib. 
Moderator.az xəbər verir ki Zoologiya İnstitutunun  direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov öz xahişi ilə tutduğu vəzifədən azad olunub. 

İnstitutun direktoru vəzifəsinin icrası fizika-riyaziyyat elmləri namizədi Elman Yusifova həvalə edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

Başqa bir qərarla isə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev elmi işlərini davam etdirməsi ilə əlaqədar olaraq öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Beynəlxalq əlaqələr idarəsinin rəisi vəzifəsinə biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva təyin edilib.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin