AzTV sədri Arif Alışanovun professor Qulu Məhərrəmliyə qarşı apardığı total böhtan və təhqir kampaniyasının “fəallarından”x9d olan İTV əməkdaşı Rauf Rəcəbov bu gün Səbayıl rayon məhkəməsində təyin olunmuş hazırlıq iclasına gəlməyib. Bu səbəbdən də hakim R. Əhmədovun sədrliyi ilə aparılan iclas təxirə salınıb.
Q. Məhərrəmlini müdafiə edən vəkillər qrupunun rəhbəri, hüquqşünas Nicat Gözəlov AzToday.az-a açıqlamasında bildirib ki, “böhtan xarakterli yazısına və “məşhur”x9d videodakı təhqiramiz çıxışına görə R. Rəcəbov barəsində xüsusi ittiham qaydasında (147 və 148-ci maddələrlə) Səbayıl rayon məhkəməsinə şikayət verilib”x9d. Məhkəmədən bildiriblər ki, qanuna uyğun olaraq R. Rəcəbov növbəti dəfə də iclasa gəlməsə, cinayət işi icrata götürülə və onun barəsində axtarış elan oluna bilər.
AzTV-nin dövlətin resursları hesabına çəkib internetdə yaydığı 2 saat 56 dəqiqəlik videoda çıxış edən başqa şəxslər də Q. Məhərrəmlinin ünvanına böhtan və təhqirlər səsləndirib. “Həmin adamlar barəsində də məhkəməyə müraciət ediləcəkmi”x9d sualına N. Gözəlov belə cavab verib:
“Həmin videodakı çıxışında böhtana, şərəf və ləyaqəti alçaldan ifadələrə yol vermiş şəxslər, o cümlədən Fərman Orucov, Şahin Əhmədov, Salar Aslanov, Hikmət Yaqubov, Elnur Orucov və başqaları barəsində təhlil materialları sistemləşdirilərək Qulu müəllimə təqdim edilib. Bu şəxslərdən konkret kimlərin mülki və ya xüsusi ittiham qaydasında məhkəməyə veriləcəyi barədə qərarı da o, özü qəbul edəcək”x9d,- deyə N. Gözəlov bildirib.






































































































