"Türklük bizim böyük çoxluğumuz üçün bioloji tanıtımdan başqa bir şey ifadə etmir. Bizim iman kodumuzda, inanc dəyərlərimizdə fars mədəniyyətinin təsiri hələ də güclüdür. Bu səbəbdən də biz Türk Dünyası, Bütöv Azərbaycan çığırsaq da, son beş yüz illik tariximizdə olduğu kimi şüursuz şəkildə özümüzü İran arealından qoparmağa cəsarət etmirik.
Böyük şəxsiyyətimiz Rəsulzadə və onun həmfikirlərinin İran arealından qopara bildiyi Quzey Azərbaycanı yenidən o mühitə qaytarmaq istəyən ciddi bir potensial mövcuddur. Ona görə də bilməliyik ki, azərbaycanlının ən başlıca dəyəri, heç şübhəsiz ki, Azərbaycan dövlətidir. Bu dövlətin modernlik keyfiyyəti onun vətəndaşlarının da xarakterini təyin edir. Bu dövlətin demokratik keyfiyyətini yüksəltməliyik ki, hər bir azərbaycanlı üçün cəlbedici olsun."
Fazil Mustafa, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.