Şagirdlərə verilən qızıl medallar problem yaradıb...

Hazırda oxunan: Şagirdlərə verilən qızıl medallar problem yaradıb...

132236
Şagirdlərə verilən qızıl medallar problem yaradıb

Moderator.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva danışıb. Onun sözlərinə görə, ötən il 131 məktəbli qızıl medala layiq görülüb. Amma nazirliyin  Məktəbəqədər və ümumi təhsil şöbəsinin rəsmisi öz növbəsində qızıl medalların müəyyən narazılıqlar yaratdığını da bilirib. Təbii ki, narazılıqların kökündə valideyinlərin istəkləri durur.   

Qeyd edək ki, qızıl medala layiq görüləcək şagirdin orta təhsil səviyyəsi 70 faizdən yuxarı olmalıdır. Həmçinin 11 il ərzində qiymətlərinin 75 faizinin də “əla”x9d olması əsas şərtdir. Lakin bunlar da qızıl medal üçün bəs etmir. Qızıl medalı almaq istəyən məktəbi mütləq respublika daxili və beynəlxalq olimpiadalarda mükafat əldə etməlidir. Valideyinlərin etiraz qaynağı da əsasən sonuncu punktla bağlı olur. Əlaçı olmalarına baxmayaraq olimpiada nəticələri olmayan şagirdlərə qızıl medalın verilməməsi əksər məktəblərdə etirazlara səbəb olur.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin